Yuxarı

Mən, Arutyunyan və Vardanyan buna qarşı idik... - Babayan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olub.

Axar.az xəbər verir ki, o, “inteqrasiya mümkünsüz idi” deyib.

D.Babayan digər təqsirləndirilən şəxslər – Araik Arutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib. “Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.04.07 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

“Qırmızı Körpü” və “Samur”la bağlı mühüm qərar

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya

Ədalət Verdiyev azadlığa buraxıldı

Ceyhun Bayramov BƏƏ-yə getdi

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Britaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Primakov: Bakıdakı Rus Evi fəaliyyətini bərpa edəcək

Ermənilər mövqelərimizi belə atəşə tutdu - Video

İran Azərbaycana səfir təyin edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla