
Dneprə PUA hücumu: 2 ölü, 16 yaralı
02:26
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Fevral ayında Prezident Donald Trampın təşəbbüsü ilə ölkəni qanunsuz mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan 200 nəfərdən ibarət qrup Kosta-Rikaya aparılıb.
Axar.az xəbər verir ki, bu barədə SWI məlumat yayıb.
Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
“Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir”, - məlumatda bildirilib.
Kosta-Rika hökuməti qeyd edib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına maliyyə dəstəyi verir.
Tarix
2025.04.08 / 11:31
|
Müəllif
Zeynəb Əkbər
|