Türkiyəyə gedən erməni qadınlar alverçi kimi gedib,
kəşfiyyatçı kimi geri qayıdırlar.
ANS-in
məlumtına görə, bu iddianı Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin keçmiş rəis müavini Qurgen Yeqizaryan səsləndirib.
Yeni yazdığı "Qurd qovşağı" kitabından danışan Qurgen Yeqizaryan
kitabda 27 oktybar 1999-cu ildə Ermənistan parlamentində spiker
Karen Dəmirçiyanın güllələnməsindən bəhs etdiyini bildirib: "Mənim
fikrimcə, bu, Türkiyə kəşfiyyatının işidir. Çünki Ermənistanda
Dəmirçiyan kimi adam sevilən şəxs olmamalı idi, hər şey onun
əleyhinə idi".
Kitabında Karen Dəmirçiyanın adını dəyişdirdiyini söyləyən
Qurgen Yeqizaryan Türkiyə və Azərbaycan kəşfiyyatının Ermənistanda
güclü fəaliyyət göstərdiyini söyləyib: "Məni düşmən qarşısında
çılpaq qalmış vətənim narahat edir, son müharibə bunu sübut edir.
Siz bilirsiniz, bizim qadınlar alver üçün Türkiyəyə gedirlər, amma
ordan kəşfiyyatçı kimi qayıdırlar. Bu necə baş verir, özünüz
kitabımda oxuyacaqsınız. Əgər mən öz kitabımla heç olmazsa bir
erməninin agent olmasına mane ola bilərəmsə, deməli, kitabım
alınıb".
Amma Ermənistandakı ağır vəziyyətlə yaxından tanış olan insanlar
anlayır ki, kitab alınmayıb. Müəllif özü də yaxşı bilir ki,
Ermənistandan kənara qaça bilməyən qadınların həyatı o qədər
ağırdır ki, onlar hər şeyə getməyə hazırdırlar. Erməni mətbuatı bu
barədə sussa da, Rusiya KİV-lərinin təmsilçiləri kənd yerlərində
yaşayan erməni qadınların həyatın çətinliyi ilə təkbaşına üz-üzə
qaldıqlarını bildirirlər.
Rus jurnalistlər Ermənistanda olan 800-ə yaxın kəndi kişisiz
ərazi elan ediblər, 300-ə yaxın kənddə artıq qadınlar da qalmayıb,
yalnız icra hakimiyyəti nümayəndələri və onların xanımları
aldıqları maaş qarşılığında kəndlərdə otururlar. Kənd sakinləri isə
çoxdan qapılarını bağlayaraq ailəlikcə Rusiyaya köçüblər.
Rusiyalı sənədli film rejissoru Aleksey Şutov bu ilin əvvəlində
Ermənistanın İrəvan və Gümrü şəhərlərinin arsında yerləşən Aparan
kəndində olaraq ərləri Rusiyaya getmiş tənha erməni qadınların
həyatı ilə maraqlanıb.
Aleksey Şutovun dediyinə görə, kənddə cəmi 4 kişi var və onlar
da icra hakimiyyətində işləyirlər. Bir neçə evdə yaşlı kişilərə də
rast gəlmək olur, onlar o qədər qocadırlar ki, Rusiyaya qazanc
dalınca gedə bilməyiblər, uyğun olaraq təsərrüfat işlərində də
işləyə bilmirlər. Buna görə də erməni qadınlar təkbaşına
əkin-biçinlə ailəni dolandırmalıdırlar. Bu isə çox çətindir,
üstəgəl qadınlar ev işləri görüb uşaqlara da baxmalıdırlar.
Təbii ki, belə olan halda, erməni qadınlar ən ağlagəlməz
üsullardan istifadə edirlər. Məsələn, Ermənistanın Araqatsyun
vilayətinin Aruç kəndinin sakini olan qadın öz bir aylıq körpəsini
5 min dollara Ararat rayonunun Taperakan kəndinə satmışdı. Erməni
mətbuatı qadının bu addımı evdəki 3 uşağını dolandırmaq üçün
atdığını yazır.
Belə olan şəraitdə Ermənistan hakimiyyətinin keçmiş təmsilçisi
hansı məntiqlə Türkiyəyə alver üçün gedən qadınların Türkiyə
kəşfiyyatına işləməsindən danışa bilər? Ermənistanda
azərbaycanlılarla ermənilərin mehriban yaşadığı bir dövrdə rəhbər
olmuş, bu mehribanlığı təmin etmək üçün çox iş görmüş Demirçyanın
populyarlığı başa düşüləndir.
Rusiyada qonşusu olmuş
azərbaycanlılarla görüşən Ermənistan erməniləri bərəkətin və
ruzinin 1988-də qaldığını dəfələrlə vurğulayıblar. Yəni sadə
ermənilər şüuraltı şəkildə türksüz Ermənistanda çörək olmadığı
qənaətinə gəliblər. Qurgen Yeqizaryan məhz qənaətin Türkiyə
kəşfiyyatının işi olduğunu iddia edir. Halbuki, bir qədər güzgüyə
baxsa idi monoetnik respublika yaratmaqla Ermənistanda son 200 ildə
formalaşmış çox ukladlılığı məhv etməyin günahını özlərində
axtarmalı idi.