Yuxarı

İrandan islam adına rəzalət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyətinin diqqət çəkdiyi əsas məsələlərdən biri İranın Ermənistanla münasibətini strateji səviyyəyə qaldırması istiqamətində atdığı addımlar və rəsmi Tehranın İrəvanı "ən yaxın müttəfiqi" kimi dəyərləndirməsi olub.

BAXCP İdarə Heyəti İranın fars-molla rejiminin bu əməllərini islam və haqq adına həqarət kimi dəyərləndirib: "BAXCP İdarə Heyəti hesab edir ki, özünü İran İslam Respublikası adlandıran bir ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyon müsəlman azərbaycanlını öz ev-eşiyindən didərgin salan, islam mədəniyyətinə məxsus dəyərli abidələri, məscidləri, müsəlmanların qəbirlərini uçuran, təhqir edən Ermənistanı müqəddəs Ramazan ayında utanmadan "müttəfiq" adlandırması rəzalətdən, şərə, zülmə dayaq durmaqdan, islamın müqəddəs dəyərlərinə meydan oxumaqdan başqa bir şey deyil və lənətlənmişlərin seçimidir!"
BAXCP İdarə Heyətinin qənaətinə görə, İranın fars-molla rejiminin təmsilçilərinin azərbaycanlılara qarşı soyqırım həyata keçirən, əli onminlərlə günahsız insanın qanına bulaşan Ermənistan rəsmilərini müttəfiq gözündə görməsi rəsmi Tehranın bu cinayətlərə şərik olması anlamına gəlir: "Rəsmi Tehranın bu hərəkətləri İran İslam Respublikasının vətəndaşları hesab olunan, sayı 30 milyondan çox olan azərbaycanlıların da aşağılanması, təhqir olunmasıdır".

BAXCP Azərbaycan hökumətini İran İslam Respublikasının ərazisində, öz tarixi vətənlərində yaşayan azərbaycanlıların hüquqlarını beynəlxalq təşkilatlar çərçivəsində açıq və qətiyyətlə müdafiə etməyə çağırıb.
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti İsraillə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmalı və bu ölkədə Azərbaycan səfirliyinin açıqlması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.

Tarix
2016.06.13 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla