Yuxarı

Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan... – Şərif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Azərbaycan və Pakistan üçtərəfli əməkdaşlıq formatı vaxtında təşkil edilib və bu mühüm əhəmiyyətə malikdir.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.

O, hər üç ölkənin münaqişələri rədd etdiyini, müasir dünyadakı çağırışlarla bağlı birgə fəaliyyət göstərdiklərini qeyd edib:

“Müasir dünyada ciddi çağırışlar – silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən üç ölkəmiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbr və müdriklik nəticə etibarilə qalib gələcək və firavanlıq təmin ediləcək. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz keçilməz qaya kimi bizimlə bərbər dayanmısınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək və regionda və daha geniş coğrafiyada sülh və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu bizə zəruri siyasi məsuliyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə birgə şəkildə irəliləmək üçün təkan verir”.

Tarix
2025.05.28 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla