Yuxarı

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi (Qərbi Zəngəzur) ətrafında gərginlik davam edir” sözlərini iki cür oxumaq mümkündür.

Birincisi, regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır.

Avropa Birliyinin müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açmağa hazırlaşır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verir. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olması deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər və Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır.

İkincisi, Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlandığı istisna edilməməlidir.

Belousov bildirir ki, Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatdırlar, Zəngəzur ətrafında gərginlik qalmaqdadır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır.

Zəngəzura fokuslanan bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Sual yaranır: Ermənistanın ərazi bütövlüyü pozulubmu?

Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan Ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki, Azərbaycan Ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, antirusiya siyasətini körüklədi və Qərb qüvvələrini AB müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir, yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür.

Regiona qayıtmağa çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür və bu, dörd istəkdən ibarət ola bilər:

a) Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək;

b) KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək;

c) Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək;

ç) Zəngəzurda konsulluğunu qısa zamanda açmaq.

Bunlardan ilk üçü ilə müqayisədə dördüncüsü daha real görünür. Hərçənd, Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları – ritorik xəbərdarlığını arqumentləşdirmək üçün praktiki müstəvidə hansı addımlar ata biləcəyi açıq olaraq qalır. Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi, lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın “nə edəcəyi” açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür.

Tarix
2025.05.29 / 17:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başladı

Bank kartı olanlar oxusun: təhlükə var - Yeni üsul

Coşua Hak Azərbaycana gəldi

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla