Yuxarı

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “ExoKavkaza” qondarma qurumun “dövlət təhlükəsizlik xİdməti”nə istinadən məlumat yayıb.

Bildirilib ki, “dtx” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə Abxaziyanın Qali bölgəsində “dövlət sərhədini qanunsuz keçmək üçün kanal” aşkar edərək iki qrup xarici vətəndaşı saxlayıb.

Məlumata görə, saxlanılan Türkiyə vətəndaşları əvvəllər sifarişli qətllər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl, eləcə də narkotik alverinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır.

Azərbaycan vətəndaşları isə 1974-cü il təvəllüdlü Həsən Etibar oğlu Əzizov və 1990-cı il təvəllüdlü Namaz Təhməz oğlu Təhməzlidir. “Dtx”nin məlumatına görə, Azərbaycan vətəndaşları onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.

“Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidməti saxlanılan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə göndərildiyini dəqiqləşdirməyib”, - məlumatda qeyd edilib.

Qeyd olunub ki, saxlanılan şəxslər barəsində “dövlət təhlükəsizliyi xidmətinin istintaq İdarəsi”də “cinayət işi” açılıb və iş üzrə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Tarix
2025.05.29 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xorvatiyanın baş nazirini təbrik etdi

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başladı

Bank kartı olanlar oxusun: təhlükə var - Yeni üsul

Coşua Hak Azərbaycana gəldi

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla