Yuxarı

Məktəb direktorunun oğlu niyə həbs edilib? - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin direktoru Əfiqə Mustafayevanın oğlu həbs edilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, direktorun oğlu Zakir Mustafazadə dələduzluqda ittiham edilib.

Zakir Mustafazadə üç nəfər tanışına onları anasının direktor olduğu məktəbə işə düzəldəcəyini vəd edib və həmin şəxslərdən 5 min manat məbləğində pul alıb. Vədə əsasən həmin şəxsləri məktəbdə müəllimə kimi işə düzəldəcəkmiş.

Təqsirləndirilən Z.Mustafazadə başqa bir qohumuna qarşı da dələduzluq edərək onunun 13 min manatlıq xırdabuynuzlu heyvanlarını baha qiymətə satacağı vədi ilə alıb. Həmin heyvanları sataraq pulu ələ keçirib.

İstintaq zamanı müəyyən edilib ki, Zakir Mustafazadənin zərərçəkmiş şəxslərə vurduğu ümumi ziyan 31700 manatdır. Mustafazadənin ailəsi həmin zərərdən 14700 manatı ödəyib.

Zakir Mustafazadə ifadəsində deyib ki, zərərçəkmiş kimi tanınan şəxslərdən pulu onları işə düzəltmək üçün yox, borc kimi alıb. O, azadlığa buraxılacağı təqdirdə zərərin qalan hissəsinin ödənilməsinə çalışacağını bildirib.

Məhkəmədə Zakirin direktor anası da şahid qismində ifadə verib. Bildirib ki, bir müddət əvvəl oğlu avtomobil qəzası keçirdiyi üçün borcları yaranıb. Həmin şəxslərdən də pulu borclarını qaytarmaq üçün alıb.

Törətdiyi əməllərə görə 26 yaşlı Zakir 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.05.30 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

Türkiyə və Gürcüstan din xadimləri Şuşada

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla