
Sürətli gəzinti xərçəngdən ölüm riskini azaldır
01:50
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Hindistanın şimal-şərq ştatlarında son üç gündə aramsız musson yağışları nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlar azı 19 nəfərin həyatına son qoyub. Onlarla insanın dağıntılar altında qaldığı ehtimal olunur, 12 000-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Axar.az xəbər verir ki, bu barədə “Hindistan Tayms” məlumat yayıb.
Təbii fəlakətdən ən çox zərər çəkən bölgələr arasında Mizoram, Assam, Manipur, Tripura ştatları yer alır. Yolların dağılması, evlərin uçması nəticəsində minlərlə insan evsiz qalıb.
Hindistan Meteorologiya Departamenti (IMD) bir neçə ştat üçün “qırmızı” xəbərdarlıq elan edərək qarşıdakı günlərdə yeni leysanların olacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Tarix
2025.05.31 / 15:54
|
Müəllif
Vüsalə İsgəndərova
|