Yuxarı

Toyda içib, əmisi oğlunun kafesini dağıtdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda sərxoş kişi toydan çıxıb kafeyə hücum edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib.

Kənd sakini Faiq Hüseynov qohumunun toyunda spirtli içki qəbul edib sərxoş vəziyyətdə kənd ərazisində, əmisi oğluna məxsus kafeyə gəlib. O, kafedə əyləşərək əmisi nəvəsi Namil Hüseynovu çağırıb və ona çay süzməsini əmr edib. Namil çayniki onun qarşısına qoyaraq stəkana özünün süzməsini istəyib. Nəticədə qohumlar arasında mübahisə yaranıb, F.Hüseyov çayniki və stəkanı Namil Hüseynova tərəf tullayıb.

Müştərilər onu sakitləşdirib kafedən çıxarsa da, o, sonradan geri qayıdaraq kafedə olan bütün stəkanları, pivə bokalları və boşqabları qırıb. Bununla ürəyi soyumayan Faiq Hüseynov Namili baş zərbəsi ilə vuraraq, ona xəsarət yetirib.

Məhkəmə istintaqı müddətində qohumlar barışıblar.

Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq F.Hüseynova 1000 manat cərimə cəzası təyin edib.

Tarix
2025.05.31 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri... - Rəsmi

Rus politoloq Azərbaycanı bu sözlərlə hədələdi

Zaxarovadan Azərbaycanla bağlı açıqlama

Mirziyayev Azərbaycana yola düşdü

44 günlük savaşda rus əsgərinin önümüzə çıxmaması...

Yekaterinburq hadisəsi: Prokurorluqda brifinq keçirilir

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla