Yuxarı

Rus politoloq Azərbaycanı bu sözlərlə hədələdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus politoloq Azərbaycanı bu sözlərlə hədələdi

Rusiyanın Azərbaycana qarşı total antitəbliğatı Kremlə bağlı sosial mediadan böyük media qurumlarına, tanınmış politoloqların şərhlərinə “sıçrayır”.

Axar.az xəbər verir ki, bu baxımdan rusiyalı politoloq Aleksey Naumovun Yekaterinqburq hadisələri və Bakının reaksiyasını “qiymətləndirməsi” maraqlıdır.

“Ən maraqlı sual budur ki, Azərbaycan niyə öz reaksiyasında həddini bu qədər aşır” deyən Naumov əslində “hansı həddi aşdığımızı” açıqlamayıb: yəni Azərbaycanda saxlanılan FTX agentlərinin və yaxud rusiyalı cinayətkar şəbəkənin içərisindən xüsusi təyinatlı polis qüvvələri döyə-döyə 3 nəfəri öldürsəydi, onda Naumovun “həddi aşma” ifadəsi anlaşılardı - çünki Yekaterinqburqda OMON-çular 2 azərbaycanlını döyə-döyə öldürmüş, 3-nü reanimasiyalıq etmiş, onlarla şəxsi zorakılıqla saxlamışdı.

Azərbaycanda həbs olunan FTX agentləri, o cümlədən cinayətkarlar arasında nə döyülərək ölən, nə də xəstəxanalıq olan var.

Üstəlik, Rusiyada onillərdir yaşayan, vəkillik fəaliyyəti ilə məşğul olan bir şəxsi küçənin ortasında hücum edib, maşınının şüşələrini qırıb, daha sonra sürüyərək “şahid kimi ifadə verməyə” aparmağın heç bir məntiqi yoxdur. Azərbaycanda heç bir rusəsilli Azərbaycan vətəndaşına və yaxud Rusiya vətəndaşına qarşı qətiyyən elə addım atılmayıb.

“Dövlətlərin reaksiyası heç vaxt emosional olmur - bu, təbii ki, hesablanmış addımdır: küçədə tutulan bəzi bədbəxt İT mütəxəssislərinin paradları, rusiyalı jurnalistlərin əl-qolunu əzmək və dörd aylıq həbs, mediada tamamilə cilovlanmamış xaos... Siz, əlbəttə, məni bağışlayın, amma Rusiyadakı miqrant camaatı, təəssüf ki, cinayətkardır və nədənsə əlində “mışkadan” ağır bir şey tutmayan o məzlum proqramçıları aşağılamaq üçün kameralar qarşısına çıxardınız”.

İnanılmaz yanaşmadır. Rusiyanın tanınmış politoloqu Rusiyadakı miqrantları cinayətkar adlandırır. Bütövlükdə milyonlarla insanı heç bir sübut-dəlil olmadan cinayətkar adlandırmağı yalnız rus politoloq bacarardı.

Naumov bütün bunlardan sonra ağır ittihamlara keçir və Azərbaycanı dolayısı ilə hədələyir:

“Həqiqətənmi onlar tezliklə parçalanacaq Rusiya haqqında Ukrayna miflərinə inanıb, qüvvələr balansını yenidən müəyyənləşdirmək qərarına gəliblər? Şübhə edirəm. Əslində, hesablanmış siyasət hesablanmış nəticələrə hazır olmalıdır. İnanıram ki, bu dəfə Azərbaycan daha qəti və ayıldıcı reaksiya ilə üzləşəcək”.

Tarix
2025.07.02 / 10:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla