Yuxarı

Balakəndə əməliyyat: qadın saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Yekəyev saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan G.İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2 412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.05.30 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

Türkiyə və Gürcüstan din xadimləri Şuşada

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla