Yuxarı

FHN meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənmişdir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Tarix
2025.05.30 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

Türkiyə və Gürcüstan din xadimləri Şuşada

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla