Yuxarı

Füzulidə yeni "Nar" mağazası fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” asan və sərfəli rabitə xidmətlərini artıq Füzuli şəhərindəki yeni açılan mağazasında təqdim edir. Müasir dizaynlı mağazada nömrə satışı və müştəri xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirilir.

Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın əməkdaşları da Füzuli şəhərinin sakinləridir. Yeni mağazanın açılışında iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib:

“Füzuli şəhəri yenidən qurulduqca, şəhərin əhalisi artdıqca, mobil rabitə xidmətlərinə də ehtiyac artır. Günbəgün dirçələn şəhərin əhalisinə mobil rabitə xidmətlərini daha əlçatan etmək üçün yeni mağazamızı məhz Füzuli şəhərində açmaq qərarına gəldik.”

Bundan başqa, mağazanın xüsusi guşəsində Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 saylı məktəbinin istedadlı şagirdlərinin çəkdikləri rəsmlər də nümayiş olunur. Bu rəsmlər “Nar”ın və YARAT Müasir İncəsənət Məkanının sözügedən məktəbdə “Böyük Qayıdış” mövzusunda keçirilən rəsm müsabiqəsinin seçilən əl işləridir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.05.29 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

Bayramov Coşua Hakla görüşdü

Ermənilərin yaydığı bu məlumat tamamilə yalandır - MN

İlham Əliyev Xorvatiyanın baş nazirini təbrik etdi

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başladı

Bank kartı olanlar oxusun: təhlükə var - Yeni üsul

Coşua Hak Azərbaycana gəldi

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla