Yuxarı

Kremldən Qarabağ və işğal etirafı – İlk dəfə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putinin köməkçisi Vladimir Medinskinin ötən gün Ukraynada “sülhsüz atəşkəsi” Qarabağla müqayisə etməsinə reaksiyalar təəccüb doğurur.

Medinski dedi ki, əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, - bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, - bu region böyük bir Qarabağa çevriləcək, bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsi olacaq.

Əsas etiraz Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasının üstündədir: hətta Azərbaycan XİN Rusiyanın Qarabağın Azərbaycan ərazisi olduğunu işğal dövründə də tanıdığını arqument kimi Putinin köməkçisinə xatırladıb.

Medinski tarixçidir, hətta Kiyevin 12-ci əsrdən üzü bəri “tarixi haqda” İstanbulda geniş bir mühazirə də oxuyub ki, əksər danışıqçılar bundan narazı da qalıblar. Çünki söhbət tarixdən yox, hazırkı beynəlxalq öhdəliklərdən, sərhədlərin toxunulmazlığından, hüquqdan gedir.

Rusiyaya “beynəlxalq hüquq”, “sərhəd toxunulmazlığı” və s. dəyərlər keçmir ki! Bu ölkə tarixi də hər zaman saxtalaşdırıb, özü qurduğu saxta tarixə istinad edib, hüququ da ayaqlarının altına alıb!

Medinski məhz bunu, həm də ilk dəfə, həm də ən yüksək səviyyədə etiraf etmiş oldu! Tarixçidir axı – bütün prosesi yaxşı bilir: adam bircə cümlədə etiraf etdi ki, erməniləri 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gətirib yerləşdirən, onlara Azərbaycan torpaqlarında dövlət qayıran, Qarabağa muxtar vilayət statusu verən də bizik, keçmiş Dağlıq Qarabağı işğal edib, ermənilərə təqdim edən də!

İndi də eyni prosesi Rusiya Ukraynada aparır – ancaq bu dəfə “erməni” adıyla deyil, öz adıyla; bu dəfə erməniləri qabağa verib, “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə manipulyasiya etmir, indi “milyonlarla rus icmasının hüququnu qorumaq” adı ilə Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edir!

Medinski açıq şəkildə dedi ki, 1994-cü ildə, “başımız qarışıq” olanda Ermənistanla Azərbaycan atəşkəs imzaladı, nəticədə Azərbaycan 30 ilə yaxın zamandan sonra öz torpaqlarını işğaldan azad edə bildi – halbuki biz buna imkan verməyəcəkdik!

Medinski etiraf edir ki, 10 noyabr 2020-ci il sazişində niyə israr ediblər!

Medinski Putinin 2022-ci il 5 oktyabrda Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığından dolayı “şoka düşdüyünü” açıq şəkildə etiraf etməsini xatırladır bu sözlərlə - çünki Rusiyanın “planı” başqaydı.

Medinski Azərbaycanın və Türkiyənin timsalında NATO-nun Cənubi Qafqazda Rusiyanın işğal etdiyi əraziləri geri qaytara bilməsini açıq şəkildə etiraf edir – bundan niyə təəccüblənirsiniz ki!

İndi də Rusiya Ukraynanın ərazisini işğal edib və bunu da dəqiqliyi ilə bilir; bilir ki, bu, beynəlxalq hüquqa ziddir, nüvə silahını əlindən almaq üçün təhlükəsizliyinə qarant olduğu bir ölkəni parçalamaqdır və ehtiyat edir ki, atəşkəs olar, Ukrayna güclənər və işğaldakı torpaqlarını geri alar!

Əslində etirafa görə Medinskiyə təşəkkür borcumuz var.

Medinski həm də qələbəmizin miqyasını daha aydın dərk etmək fürsəti verir...

Tarix
2025.06.10 / 12:41
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Kanada ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın

Azərbaycan XİN Avstriyaya başsağlığı verdi

İlham Əliyev Polşanın yeni prezidentini təbrik etdi

Bu ölkə ilə viza ləğv edildi - Prezident təsdiqlədi

Berdiməhəmmədov Azərbaycana gəlir

Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?

İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla