Yuxarı

İran raketlərinin 25%-i İsrail müdafiəsini keçə bilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran raketlərinin 25%-i İsrail müdafiəsini keçə bilib

İranın buraxdığı raketlərin 25%-i hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməyib. Tehran ötən gecədən bəri İsrailə qarşı bir neçə mərhələdə təxminən 200 ballistik raket atıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bunu “Tayms of İsrail” hərbçilərə istinadən yazıb.

Ordunun məlumatına görə, təxminən 25% - 50-dən az raket “protokola uyğun olaraq” qarşılanmayıb və bu da onların açıq ərazilərə düşməsinə səbəb olub. Bununla belə, bu hücumlar kritik infrastruktura ziyan vurmayıb.

İsrail Müdafiə Ordusunun məlumatına əsasən, az sayda raket hava hücumundan müdafiə sistemini keçərək Təl-Əviv, Ramat-Qan və Riçon-le-Sionun mərkəzi hissələrindəki yaşayış məhəllələrinə düşüb, nəticədə tələfat və dağıntılar qeydə alınıb.

Son məlumata görə, raket hücumları nəticəsində 4 israilli həyatını itirib, təxminən 80 nəfər isə yaralanıb.

Hərbi rəhbərlik bildirib ki, bütün hərbi bazalar, o cümlədən hava bazaları normal rejimdə fəaliyyətini davam etdirir və onların iş qabiliyyətinə zərər dəyməyib.

Tarix
2025.06.14 / 14:01
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla