Yuxarı

DİN-dən şok: Cahangir Hacıyev 212 milyon… – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən şok: Cahangir Hacıyev 212 milyon… – Rəsmi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması faktına görə başlanmış cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə C.Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir.

Eyni zamanda, istintaq prosesində ölkə daxilində və bir sıra xarici dövlətlərdə müxtəlif lahiyələrin həyata keçirilməsi adı altında yaradılmış 100-dən çox müəssisə və şirkət vasitəsilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürülmüş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2016.06.23 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla