Bakıda həkim sol ayağının
kəsilməsi barədə diaqnoz qoyduğu, amma səhvən sağ ayağını kəsdiyi
şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın fotolarını əldə
etmişik.
Axar.az xəbər verir ki, Angioloji və Mikrocərrahiyyə Mərkəzinin
60 yaşlı cərrah həkimi Valeh Kərimov sensasiyalı hadisəyə cavab
verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.
Qeyd edək ki,
şəkərli diabet xəstəsi olan
Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz
qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və
Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını
görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının
iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı
kəsilib.
Həkim səhvi ucbatından sağlam ayağı kəsilən Tərlan Əliyevanın
eksklüziv fotolarını təqdim edirik: