Yuxarı

Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) döyüşçülərinin dəstəyi ilə iyunun 27-də ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib.

Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb, onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır.

İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.

Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.

Tarix
2025.06.28 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

Son görüşümdə Azərbaycana səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

Ölkədə tarif güzəştləri genişləndiriləcək

Bu qazların emissiyalarının azaldılması ilə bağlı qərar

Naxçıvanın baş naziri vəzifəsindən azad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla