Yuxarı

Qətlə yetirilən qardaşların meyitlərinin ekspertizası...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyitlərin (Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının - red.) hansı morqa aparılacağı Azərbaycana gətirildikdən sonra müəyyən olunacaq.

Axar.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

“Əgər meyit bir ölkədən başqa bir ölkəyə gətirilirsə, həmin ölkədə də yaxınlarının tələbi əsasında hüquq mühafizə orqanlarının qərarı ilə məhkəmə-tibbi ekspertiza aparıla bilər. Əgər Azərbaycanda aparılan ekspertiza rəyi Rusiyada verilən rəylə üst-üstə düşməsə, bu artıq hüquqi prosedurlar tələb edən məsələdir. Belə hallarda müvafiq araşdırmalarla hüquq-mühafizə orqanları və prokurorluq məşğul olur”, - Ədalət Həsənov əlavə edib.

Qeyd edək ki, Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılıb. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq. Təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.

Tarix
2025.06.30 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi prokuror Azərbaycan sərhədinə getdi

Tehrandan Bakıya qarşı “şübhə”: İran nəyi “izləmək” istəyir?

Özbəkistan prezidenti Azərbaycana gəlir

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

"Sputnik Azərbaycan"ın ofisində saxlanılanların adları

AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya

Konstitusiya Məhkəməsinə hakimlər təyin olunacaq

Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək

"Sputnik Azərbaycan"da niyə əməliyyat keçirildi? - Video

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla