Yuxarı

Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili

Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatına istinad edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.

“Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”, - Saakaşvili vurğulayıb.

Saakaşvili hesab edir ki, həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər.

“Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geridönülməz şəkildə tabe etmək”, - sabiq prezident qeyd edib.

Onun fikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor Zemskovun teleqramını dərc edib. Kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü (Ermənistan) şəhərindəki Rusiya hərbi bazasının tam komplektasiya yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var.

Bildirilir ki, teleqramda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili tam komplektləşdirilməsi üçün tədbirlərin siyahısı göstərilir.

Tarix
2025.07.08 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla