Yuxarı

Qəbələdə meşədə qanunsuz tikinti aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə meşədə qanunsuz tikinti aşkarlandı

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgə monitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarında qanun pozuntusu aşkar edilib.

Müəyyən olunub ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin 86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyə verilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılıb.

IDEA İctimai Birliyindən Axar.az-a bildirilib ki, monitorinq zamanı məlum olub ki, meşə fondu torpağında əsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdan inşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmir konstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsi yaradılıb. Qeyd olunan tikinti işləri nəticəsində meşə əmələgəlmə prosesi məhdudlaşdırılıb, torpaq örtüyünə müdaxilə edilib və meşə fonduna ziyan vurulub.

15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhal aktlaşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq meşə fonduna dəymiş ziyan hesablanıb və sahibkara rəsmi qaydada izah edilib. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuz tikililər və konstruksiyalar dərhal sökülüb, ərazi əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinə başlanılıb.

Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondu torpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılması yalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanun pozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşə fondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Tarix
2026.02.19 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla