Yuxarı

Anar Əlizadənin Bodrumdakı lüks yaxtaları yandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əlizadənin Bodrumdakı lüks yaxtaları yandı

Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtada yanğın baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın yaxınlıqdakı qayıqlara da keçib.

Güclü külək yanğının digər yaxtalara da keçməsinə səbəb olub.

Yanan yaxtaların "SOCAR Trading"in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.

Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.

Təxminən üç saat davam edən yanğın nəticəsində 6 yaxta batıb, digər 2 yaxtaya isə ciddi şəkildə ziyan dəyib. Yanan və batan lüks motorlu yaxtaların uzunluğunun 20-30 metr olduğu bildirilib.

Yanğın zamanı yaxtalardakı qaz balonlarının və yanacaq çənlərinin partlaması panikaya səbəb olub.

Yanğının başladığı yaxtadakı heyət üzvləri pəncərələrdən özlərini dənizə ataraq xilas ola biliblər.

Tarix
2026.03.21 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla