Yuxarı

Naibə Abdullayevanın villasından usta oğurluq etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naibə Abdullayevanın villasından usta oğurluq etdi

Londonda yaşayan Naibə Abdullayevanın Mərdəkan qəsəbəsi ərazisində yerləşən 3 mərtəbəli villasından oğurluq hadisəsi baş verib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Cəfərov Sakit Zakir oğlu saxlanılıb və onun Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

İstintaq materiallarına əsasən, Naibə Abdullayeva evinin dizayneri Bəhruz Pəriyaba zəng edərək qızının yaşadığı Mərdəkan qəsəbəsindəki evə kafel-metlax ustası göndərməsini xahiş edib. Bildirilir ki, Pəriyab Bəhruz Adil oğlu uzun illərdir fərdi dizayner kimi fəaliyyət göstərir və Naibə Abdullayevanı təxminən 15 ildir tanıyır, onun mənzil və bağ evlərində müxtəlif dizayn işlərini icra edib.

Daha sonra Bəhruz Pəriyab bir neçə aydır tanıdığı Sakit Cəfərov adlı kafel-metlax ustasını həmin evə göndərib. Təqsirləndirilən şəxs təmir işləri aparıldığı zaman evin ikinci mərtəbəsində yerləşən Naibə Abdullayevanın yataq otağına qanunsuz daxil olaraq ümumilikdə 9860 manat dəyərində "Van Cleef & Arpels” markalı yaşıl rəngli, 18 əyarlı qızıldan hazırlanmış malaxit daşlı sırğa cütünü, 3400 manat dəyərində ağ brilliant qaşlı, İtaliyada istehsal olunmuş 18 əyarlı qızıl qolbağı götürüb.

Bundan əlavə, o, Naibə Abdullayevanın qızı Fatimə Abdullayevanın yataq otağına da qanunsuz daxil olaraq 5950 manat dəyərində "Van Cleef & Arpels” markalı tünd qırmızı rəngli, 18 əyarlı qızıl boyunbağını oğurlayıb. Oğurlanan zinət əşyalarının Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 77 ünvanında yerləşən "Telemaks” mağazası və digər satış məntəqələrinə satıldığı bildirilir.

Təqsirləndirilən şəxs məhkəmədə Naibə Abdullayevanın evindən başqa heç yerdən oğurluq hadisəsi törətmədiyini və əməlindən peşman olunduğunu bildirib.

Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə dindirilən zərərçəkmiş Naibə Zakir qızı Abdullayeva hazırda Londonda yaşadığını, ona dəyən ziyanın ödənilmədiyini, lakin şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə Sakit Cəfərov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.05.06 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla