Yuxarı

Lənkəranda ağır qəza: sürücü öldü...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda ağır qəza: sürücü öldü...

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Lənkəran rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi VAZ-2106 markalı, 42 CD 389 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşərək ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, sürücünün qəzadan əvvəl ürəktutma keçirməsi ehtimal olunur. Bu səbəbdən yol-nəqliyyat hadisəsinin qaçılmaz olduğu bildirilir. Ölümün dəqiq səbəbi və hadisənin bütün təfərrüatları aparılan ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.06.07 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla