Yuxarı

Qənirə Ataşovanın oğlu ağır qəza keçirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Ataşovanın oğlu ağır qəza keçirdi - Foto

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb.

O, qəza zamanı övladının ciddi xəsarət almadığını bildirib:

"Amerikaya tez qayıtmağımın səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım:

“Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim”.

17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu. Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçirib. Onlar Vest Virciniyada digər dostlarının göl evində, Austinin atasının dəvəti ilə toplanmışdılar.

Qəza baş versə də, mən Azərbaycanda olduğum üçün dərhal narahat etməyiblər. Maşının vəziyyətini görəndə yalnız bir şey düşündüm: Allah bu iki gənci bizə yenidən bağışlayıb.

Polisin araşdırmaları göstərdi ki, nə alkoqol, nə də başqa bir problem olmayıb. Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən təkər yağış sularının yığıldığı çökəkliyə düşüb, maşın bir neçə dəfə aşıb və qəza baş verib. Gənclər 911-ə zəng ediblər.

Niko və Austinin valideynləri xəstəxanaya gəliblər. Niko yüngül xəsarət alıb. Ceyhun da ciddi problem olmadan vəziyyəti nəzarətdə saxlanılıb.

Bu gün həm də Ceyhunun və Nikonun məzuniyyət günü idi. Məzuniyyət paltarı qəzaya düşən maşında qaldığı üçün dostların köməyi ilə yeni bir geyim tapdıq və mərasimə hazırlaşırıq.

Bu gün bir daha anladım ki, həyatda ən böyük nemət övladının sağ-salamat yanında olmasıdır. Allaha sonsuz şükürlər olsun. Allah bütün balaları qorusun.

Bu maşını Ceyhuna 18 yaş hədiyyəsi etmişdim və tam yararsız vəziyyətə düşüb… Şükür, min şükür".

Tarix
2026.06.17 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla