Yuxarı

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı - Video

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən, sakinlərin çimərlik kimi istifadə etdikləri ərazidə dəniz suyunun tünd qəhvəyi, palçıq rəngini xatırladan çalara düşməsi narahatlıq yaradıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, görüntülərdə sahilboyu ərazidə suyun geniş bir hissəsinin qəhvəyi rəng aldığı müşahidə edilir.

Sakinlər sözügedən suyun tərkibindəki maddələrin nədən qaynaqlandığını bilmədikləri üçün təşvişə düşdüklərini qeyd edirlər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib.

Qurumun məlumatına görə, sudan nümunələr götürülərək Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim olunub.

"Hazırda nümunələr üzrə laborator analizlər aparılır və nəticələr əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Eyni zamanda bildiririk ki, aparılmış ilkin araşdırmalar zamanı sözügedən ərazidən Xəzər dənizinə istiqamətlənmiş hər hansı axar müşahidə edilməyib", - deyə açıqlamada qeyd olunub.

Tarix
2026.07.14 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla