Yuxarı

Arvadı intihar etdi, əri tutdular - Bakıda

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadı intihar etdi, əri tutdular - Bakıda

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 15-də Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də 1986-cı il təvəllüdlü Şərifova Susana Şakir qızının Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş S. Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə. Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.

Ə. Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2017.05.17 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla