Yuxarı

Azərbaycanlılar etiraz etdi: tikinti dayandırıldı – Ərk qalası

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin imam cüməsi höcətül-islam Seyid Məhəmməd Əli Alihaşim Ərk qalası ətrafında gedən tikintilərin tezliklə dayandırlacaqını bildirib.

Kult.az xəbər verir ki, parlamentin “90-cı maddə”si komisiyasının üzvləri ilə görüşündə Ərk qalası ətrafındakı durumu şərh edən Əli Alihaşim abidəyə zərər vuracaq tikinti işlərinin aparılmayacağını qeyd edib:

“Qalanın ətrafında avtomobil dayancağı tikmək o qədər də vacib deyil. Şərqi Azərbyacan vilayətində qanuna zidd və mədəni abidələrə ziyan vuracaq heç bir tikinti işi aparılmayacaq”.

Təbriz imam cüməsinin bu çıxışından sonra qala ətrafında aparılan tikinti işlərinin dayandırılacağı və ətrafında abadlıq işlərinin aparılacağı gözlənilir.

Qeyd edək ki, son zamanlarda Təbrizin tarixi qalalarından sayılan Ərk qalası ətrafında ağır tonnajlı maşınlarla qazıntı və tikinti işləri aparılırdı. Bu isə İranda tarixi abidələrin qorunması qanununun pozulması demək idi.

Yerli əhali buna kəskin etirazını bildirmişdi.

Tarix
2017.10.26 / 13:16
Müəllif
Elşad Yaqublu
Digər xəbərlər

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla