Yuxarı

Türk dili farscadan 45 dəfə üstündür – Güneyli alim

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dili farscadan 45 dəfə üstündür – Güneyli alim

Fars dili elmi dil deyil. Bu dillə elm və texnologiya haqda məlumatı dəqiq çatdırmaq mümkün deyil.

Kult.az xəbər verir ki, bu sözləri BBC-Fars telekanalına müsahibəsində Güney azərbaycanlı araşdırmaçı alim Ziya Sədrül-Əşrəfi deyib.

“Biz elm və texnologiya dövründə yaşayırıq. Fars dili dünyanın elmi dilləri, o cümlədən ingilis dili ilə heç bir şəkildə rəqabət apara bilməz. Fars dilində bu dilə aid yalnız 200 feil var. Mənim 93 ildir boğulmuş ana dilimdə isə 9 min feil var. Bu rəqəm fransız dilində 15 mindir”, - deyə o qeyd edib.

Z.Sədrül-Əşrafi türklərin ədəbi eposu kimi “Manas” dastanının dünya ədəbiyyat xəzinəsinin ən önəmli əsəri olduğunu da diqqətə çatdıraraq, İranda ana dilində təhsil məsələsinə toxunub:

“Uşaq zülmə məruz qalmasın deyə, o, əlifbanı ana dilində öyrənməlidir. Ana dilini öyrənmək insan hüququdur. Türk dili ilə birlikdə fars dilini də bir vasitə və ortaq dil kimi öyrənmək olar”, - deyə o vurğulayıb.

Tarix
2018.06.08 / 17:42
Müəllif
Elşad Yaqublu
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla