Yuxarı

Multikulturalizmin nikbin qütbü təntənə çaldı – Kamal Abdulla

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Multikulturalizmin nikbin qütbü təntənə çaldı – Kamal Abdulla

Azərbaycanda ən mühüm mədəni proses multikulturalizm hərəkatıdır. Multikulturalizm Azərbaycan xalqı üçün tarixən məxsusi xüsusiyyət olub.

Kult.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm - cəmiyyətdə sabitliyin əsas faktoru" mövzusunda çıxışı zamanı deyib.

K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib.

“Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyinin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial kataklizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətinə sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə tutulmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib:

“Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir”.

Tarix
2018.10.25 / 18:19
Müəllif
Kult.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla