Yuxarı

Tarixçi: Azərbaycanlılardan əsrlərlə gizlədilən sirr - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixçi: Azərbaycanlılardan əsrlərlə gizlədilən sirr - Video

08:00

Dünya tarixində ən önəmli olaylardan biri də Amerika qitəsinin kəşfidir. Bu, məşhur italyan səyyah Xristofor Kolumbun adı ilə bağlı olsa da, bəzi tarixçilər həmin qitəyə ondan əvvəl başqa xalqların, səyyahların getdiyini iddia edirlər. Məsələn, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında məlumatlar var.

Qəribədir ki, bir çox xalq, eləcə də azərbaycanlılar bu nəhəng qitənin kəşfindən çox-çox sonralar xəbərdar olublar.

Kult.az xəbər verir ki, bu barədə maraqlı bir faktı açıqlayan tarixçi Əkbər Nəcəf Amerikanın kəşfi haqqında danışmağın o vaxtlar Rusiya İmperiyası tərəfindən qadağan edildiyini bildirib:

"Ruslar Amerikanın kəşfini italyan keşiş Maksim Grekdən 1518-ci ildə öyrəndilər. Osmanlılar isə 1498-ci ildə bu xəbəri Piri Rəisin ələ keçirdiyi Kolumba aid bir xəritə vasitəsilə öyrəndi. Azərbaycan ictimaiyyətinə bunu ilk çatdırmaq istəyən Abbasqulu Ağa Bakıxanov idi. Ancaq bununla bağlı yazdığı risalə Rusiya tərəfindən qadağan edilib.

Abbasqulu ağa həmin əsərində Amerikadakı cəmiyyət haqqında maraqlı məlumatlar verirdi. Amerikanın istiqlal müharibəsindən də danışırdı. Belə şeylər Rusiyada qadağan idi. Bu cür inqilabi termin və ifadələri dilə gətirmək, açıqlamaq olmazdı".

Tarix
2018.11.12 / 13:41
Müəllif
Aqşin
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla