Yuxarı

Əkbər Qoşalının yeni kitabı təqdim edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Qovlar şəhərində yerləşən “Tovuz Gənclər Evi”ndə şair-publisist Əkbər Qoşalının yeni şeirlər kitabı “Ürək daşı”nın təqdimat və imza günü keçirilib.

Kult.az xəbər verir ki, tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) və Tovuz Gənclər Evinin (TGE) təşkilatçılığı ilə baş tutub.

ABAİB prezidenti, millət vəkili Qənirə Paşayeva poeziyanın, ümumən ədəbiyyatın cəmiyyətin, özəlliklə gənc nəslin bədii təfəkkürünün və zövqünün formalaşmasında özünə­məxsus rol oynadığını qeyd edib.

“Salonda boş yerin olmaması, iştirakçıların çoxunun gənclərdən ibarət olması isə məncə, daha xoş və fərqləndiriləcək məqamdır. Çünki özü yeni nəsil yazarlarını təmsil edən müəllif uzun müddət məhz gənclərlə işləyib, istedadlı gənclərin üzə çıxmasına, onların yaradıcılıq örnəklərinin respublika və ümumtürk miqyasında tanınmasına çalışıb.

Ümumən Əkbər Qoşalı imzası həm bir şair olaraq, həm də bir ictimai xadim olaraq daha çox türk dünyası ilə assosiasiya olunur. Bu da təsadüfi deyil-məhz onun təşəbbüsü ilə qurulan Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) başçılıq etdiyi müddətdə də, bugün də, o qardaş ölkə və topluluqlarda tədbirlər təşkil edir, kitablar nəşr etdirir. Bu planda Əkbər Qoşalının dəvəti ilə respublikamıza gələn qələm adamlarının, nüfuzlu ədiblərin öz ölkələrinə döndükdən sonra Azərbaycan həqiqətləri barədə yazdıqlarını qədirbilənliklə xatırlatmaq istərdim.

Ədəbiyyat ideyalı olanda daha təsiredici olur. Ədəbiyyatçı öz mə­ram və məqsədini dəqiq biləndə onun qurduğu birlik də cəmiyyətdə, ictimai fikirdə mövqe sahibi olur”, - millət vəkili bildirib.

Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynova, el şairi Nazim Əhmədoğlu çıxış edərək, Ə.Qoşalının yaradıcılığından söz açıblar.

Şair-publisist Əkbər Qoşalı belə tədbirlərin şərəfli olduğu qədər də, məsuliyyətli olduğunu deyib. O, öz yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətin inkişafında yeri və rolu, “90-cılar” ədəbi nəslinin yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb, yeni şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarına cavab verib.

Tədbirin gedişində “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov və “ZirvəKitab” layihəsinin rəhbəri, DGTYB Məclis başqanı İntiqam Yaşar tərəfindən millət vəkili Qənirə Paşayevaya, Gənclər Evinin direktoru Rauf Rüstəmova və digərlərinə yeni nəsil ədəbiyyatının təbliği sahəsində xidmətlərinə görə “Fəxri Fərman” təqdim olunub.

Q.Paşayeva “Ürək daşı”ının müəllifi Əkbər Qoşalıya, həmçinin tədbirin təşkilində və gedişində fəallıq göstərən bir sıra şəxslərə hədiyyələr təqdim edib.

Tarix
2019.05.14 / 18:08
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla