Yuxarı

“Ölümsüz ölüm cəzası” türk dilində çap olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ölümsüz ölüm cəzası” türk dilində çap olundu

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqda rus dilində çapdan çıxmış “Бессмертная смертная казнь” (“Ölümsüz ölüm cəzası”) adlı kitabı Türkiyədə türk dilində çap olunub.

Kult.az xəbər verir ki, türk dilinə tərcümə olunmuş əsərdə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016) adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Əvvəlki əsərlərdə İ.Rəhimov əsasən cəzanın, habelə ölüm cəzasının fəlsəfi mahiyyətindən bəhs etmişdisə, bu kitabda həmin məsələlər çoxfunksiyalı problem kimi nəzərdən keçirilir, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji amillər konteksində tədqiq edilir.

Adından da göründüyü kimi, kitab bəşər tarixində qədim və mübahisəli cəza növü olan edam cəzasına həsr edilib. Müəllif oxucuya ölüm cəzası fenomeni ilə bağlı yalnız öz mühakimələri ilə deyil, həmçinin elmi ədəbiyyatlarda mövcud olan müxtəlif rəylərlə tanış olmaq imkanı verir. Belə yanaşma hər bir oxucuya aşağıdakı suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, olmasın?

Kitab ali məktəblərin tələbələri, doktorant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər, təcrübi işçilər, həmçinin filosoflar, tarixçilər, sosioloqlar, psixoloqlar, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2019.05.15 / 13:22
Müəllif
Kult.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla