Yuxarı

Azərbaycan və Ermənistan: 1918-ci il xəritəsi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tarixi torpağı İrəvanın ermənilərə güzəşt edilməsindən 101 il ötür. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar qəbul edib.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev həmin tarixi hadisəyə diqqət çəkərək, ermənilərin o vaxt da Qarabağa iddia etdiklərini bildirib.

O qeyd edib ki, AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir məktub yazıb:

“Əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik”.

Tarixçilər bildirirlər ki, o dönəm AXC müstəqilliyini elan etsə də, vəziyyət çox gərgin idi. Bunu Fətəli xan Xoyskinin mayın 29-da Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskiyə yazdığı məktubdan da görmək olur:

“Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

İrəvanın güzəştə gedilməsinə rəğmən, həmin dönəm Dərələyəz və Zəngəzur Azərbaycan ərazisinə daxil idi. Bunu Fransanın məşhur kartoqrafı Josef Forestin hazırladığı Azərbaycan Xalq Cümhuriyyəti xəritəsindən də görmək olur.

Xəritədə həmçinin Rusiya və Gürcüstanla mübahisəli olan ərazilər açıq rəngdə göstərilib.

Sözügedən xəritənin fotosunu təqdim edirik:

Tarix
2019.05.30 / 10:30
Müəllif
Aqşin
Digər xəbərlər

Putin “hədəfə çatdıq” deyir: Bəs, Əsəd niyə Moskvadadır?

Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır

Zəmanət verirəm: Azərbaycana hücum… - Paşinyan

Rusiya XİN-ə Bakının sülhə dair mövqeyi təqdim edildi

Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan

Putinin Türkiyəyə qarşı iki sensasion ifadəsi…

Paşinyan Bakının bu təklifini qəbul edir – Şərtlə

Ərdoğan Şəriflə görüşdü: Suriya xalqının yanındayıq!

Bu ölkəyə 2 milyon dollar yardım ayırmışıq - Baş nazir

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla