Yuxarı

Ramiz Rövşən "xalq şairi" olmasından danışdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Rövşən "xalq şairi" olmasından danışdı - Video

Mənə elə gəlir ki, edə biləcəklərimin heç yarısını da etməmişəm. Amma bir təskinliyim var ki, yaza biləcəyimdən pis yazmamışam. Yaza biləcəyimdən az yazmışam, amma pis yazmamağa çalışmışam.

Kult.az xəbər verir ki, bu sözləri ATV telekanalına müsahibəsində bir neçə gün öncə “Xalq şairi” fəxri adına layiq görülən Ramiz Rövşən deyib.

Ramiz Rövşənin sözlərinə görə, şairin içində həssaslıq hissi, dünya ilə həmişə ünsiyyətdə olmaq gücü varsa, o heç zaman tükənməməlidir:

“Özümü yüz faiz ifadə etdiyim şeirim yoxdur. Elə bir şey yazsaydım, bəlkə də ondan sonra şeir yazmağa ehtiyac olmazdı. Hər dəfə adama elə gəlir ki, demək istədiyin nəsə qaldı. İnsanı yazdıran da odur. Hər şeir sənin bir şəklin, əhval-ruhiyyən, ovqatındır”.

Şair yaradıcılığına verdiyi qiymətə görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib:

“Fəxri adlar məsələsi zamanı mənə o qədər zənglər oldu ki, zənglər tıxaca düşdü. Məni təbrik edən bütün oxucularıma təşəkkür edirəm. Yaradıcılığıma verdiyi qiymət üçün, məndən daha çox mənim oxucularımı sevindirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Ad alan bütün dostlarımı təbrik edirəm”.

Tarix
2019.06.03 / 09:28
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla