Yuxarı

Bakı Qarabağ haqda film çəkməsə yaxşıdır - Kuznetsov

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Qarabağ haqda film çəkməsə yaxşıdır - Kuznetsov

Qarabağ mövzusu tarixi baxımdan bir sıra subyektiv və obyektiv səbəblərə görə Azərbaycan kinematoqrafiyasının maraq predmetinə daxil deyil. Bu səbəblər dəqiq göstərdiyim ardıcıllıqla - əvvəlcə subyektiv, sonra isə obyektiv şəkildə göstərilməlidir.

Bu sözləri Kult.az-a açıqlamasında rusiyalı tarixçi Oleq Kuznetsov Qarabağ haqqında ermənilərin tarixi həqiqətlərin tamamilə təhrif olunduğu “Valter” adlı film çəkmək niyyətlərinə münasibət bildirərkən deyib.

Oleq Kuznetsov bildirib ki, ilk növbədə azərbaycanlı rejissor və ssenaristlər belə bir film çəkməklə məsuliyyəti üzərlərinə götürmək istəmirlər:

“Azərbaycanda Qarabağ mövzusu – dərin bir ideoloji mövzudur. Hətta demək olar ki, Azərbaycanın dövlət ideologiyasında birinci sıradadır. Belə olan halda əsas xətdən hər hansı bir kiçik sapma (belə bir filmdə sapma mümkündür) yalnız hakimiyyət deyil, eyni zamanda, cəmiyyətin bir hissəsi – xüsusən Ermənistan və Qarabağdan olan qaçqınlar (Azərbaycan əhalisinin 15 faizindən çoxunu bu təbəqə təşkil edir) tərəfindən milli xəyanət kimi qəbul ediləcək. Daxili auditoriyaya hesablanan, daha doğrusu, əhali və məmurların fikirlərinə istiqamətlənmiş sırf ideoloji film isə istər-istəməz sənədli filmə çevriləcək. Bu zaman belə bir sual yaranır: ümumiyyətlə, Qarabağ mövzusunda bədii filmə ehtiyac varmı?”

Kuznetsovun fikrincə, sözügedən məsələdə xarici senzuradan danışmaq düzgün olmazdı. Burada söhbət özlərinə problem yaratmaq istəməyən Azərbaycan kinematoqrafçılarının özlərinə qoyduqları senzuradan gedir.

“Bu mənada sizin erməni rəqibləriniz üçün daha asandır: Qarabağın aidiyyəti ilə bağlı nə çəkilsə, erməni ictimaiyyəti onu əvvəlcə coşğu ilə qarşılayacaq. Əsl tarixin bütün təhrifləri, hadisələrin saxtalaşdırılması, ümumiyyətlə, bütün səhvlər müəllifin bədii görüşləri və konsepsiyası kimi təqdim olunaraq bağışlanacaq. Bu janr istənilən mistifikasiyanın yaradılması imkanını təklif edir. Ermənilərin müasir düşüncəsində Qarabağın alınması və Azərbaycan torpaqlarının işğalı qəhrəmanlıq və tarixi ədalət kimi qəbul edilir. Buna görə də pafos, patetika və qəhrəmanlıq bu filmə xas olacaqdır. Burada müsbət obrazların sayı mənfilərə nisbətən üstünlük təşkil edəcək. İstənilən az-çox tanınmış aktyor “əclaf” rolunu oynamaqdansa, qəhrəmanı canlandırmağı üstün tutar. Buna görə də Qərb aktyorlarını belə bir filmdə oynamağın pis olduğuna inandırmaq lazım gəlməyəcək. Onlar tarixi həqiqətləri çatdırmayacaq, sadəcə, ssenarini ekranlaşdıracaqlar”, - Kuznetsov bildirib.

Ekspert deyib ki, məsələ ilə bağlı Azərbaycan xalqı üçün dəyişməz və xoşagəlməz bir fakt mövcuddur: Azərbaycan Qarabağ müharibəsinin nəticələrinə əsasən öz torpaqlarını itirib. Belə məsələlərdə şən filmlər çəkilməsi qəbul edilmir:

“Emosional-psixoloji cəhətdən bunu etmək çox çətindir. Üstəlik, tək obrazın qəhrəmanlığı barədə istənilən süjet – superagent Ceyms Bond filmləri ruhunda qrotesk deyil, ümumi məğlubiyyət fonunda bir insanın cəsarətinin böyüklüyünü göstərmək naturalizmə iraddır. Bu açıq və ya şüursuz şəkildə indiki hərbçilərə töhmət kimi qəbul ediləcək: o bacardı, bəs siz niyə bacarmırsınız? Məhz bu səbəbdən bu gün Azərbaycanda 2016-cı ilin aprel hadisələri barəsində də film çəkmək çox çətindir. Bu zaman Azərbaycan ictimaiyyəti artıq kinematoqraflar qarşısında sual qoymayacaq: davamı nə vaxt olacaq? Filmdə yox, reallıqda. Bu gün Azərbaycan kinosunda Qarabağ mövzusunda bədii film ola bilməz. Belə olan halda məncə, məğlubiyyətin səbəb olduğu itki və ağrıları xatırladacaq film çəkməkdənsə, ümumiyyətlə, heç bir film çəkilməsə yaxşıdır”.

Kuznetsov bildirib ki, bütün bunlar Azərbaycanda əsgərlərin üstünlüklərindən bəhs edən tarixi-romantik filmlərin ümumiyyətlə çəkilməməli olduğu anlamına gəlmir:

“Mən artıq çoxdandır Naxçıvanın Kəngərli tayfasının, onun bütün Qafqazda məşhur olan, XIX əsrin ilk yarısında düşmənlərin canına qorxu salan süvarilərinin tarixi ilə məşğulam. Bu mövzu filmlər üçün əsas ola bilər”.

Tarix
2019.08.02 / 13:00
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla