Yuxarı

Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama

13:48

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərkibinə daxil olan televiziya kanallarının loqosunu dəyişdirib. Eyni zamanda, “İdman Azərbaycan” kanalının adı İdman TV olub.

Bu barədə Axar.az-a açıqlama verən QSC-nin mətbuat katibi Mübariz Aslanov bildirib ki, artıq hər bir kanal bayrağımızın bir rəngini özündə cəmləşdirəcək:

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) 3 kanalı özündə birləşdirir. Əgər fikir verirsinizsə, hər 3 kanal özlüyündə Azərbaycanın dövlət bayrağının rənglərini özündə əks etdirir. AzTV - göy, Mədəniyyət - qırmızı, İdman - yaşıl rəngdədir. Düşünürük ki, dövlət bayrağımızın rəngləri artıq daha müasir və fərqli formada öz əksini tapır”.

QSC rəsmisi loqonun üçbucaq olmasına da aydınlıq gətirib:

“Üçbucağın rəmzi mənasına gəlincə, bu fiqurla bağlı ayrı-ayrı siyasi, fəlsəfi və dini ədəbiyyatlarda müxtəlif fikirlər və açıqlamalar var. Ən mühüm fikirlərdən biri isə üçbucağın keçmiş, bu gün və gələcəyi özündə simvolizə etməsidir. AzTV tarixi keçmişə və 63 illik zəngin ənənələrə malik doğma kanalımızdır. Odur ki, bu ənənələr qorunur və daim qorunacaq. Lakin biz müasir dövrdə yaşayırıq və müasirliklə ayaqlaşmağa çalışırıq və dəyişirik. Odur ki, zamanın tələbləri də bizim üçün önəmlidir. Amma bütün bunlarla paralel biz gələcəyə baxırıq. Üçbucağın rəmzi mənaları da budur. Beləliklə, fiqurun hər 3 tərəfi özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir”.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2019.09.16 / 14:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla