Yuxarı

Folklor Festivalının bağlanış mərasimi keçiləcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Folklor Festivalının bağlanış mərasimi keçiləcək

Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.

Kult.az xəbər verir ki, həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilib. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş kollektivlər cari ilin 1 noyabr tarixində Bakı şəhərində təşkil ediləcək bağlanış mərasiminə dəvət ediliblər.

2019-cu ilin 1 noyabr tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bağlanış mərasimi keçiriləcək. Tədbirdən öncə, saat 10:00-11:00-da kollektivlərin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi (parad) olacaq.

Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri), “Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar edəcəklər.

Tarix
2019.10.30 / 17:23
Müəllif
Kult.az
Digər xəbərlər

Bu nazir Bakıdan İrəvana getdi

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirildi

Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı

Putin Hindistandan nə istəyir? - Ekspert

Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla