Yuxarı

Con Lennonun eynəyi 183 min dollara satıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Con Lennonun eynəyi 183 min dollara satıldı - Foto

Musiqiçi və "The Beatles" qrupunun üzvü Con Lennonun əfsanəvi dairəvi eynəyi hərracda 137,5 min funt sterlinqə (183 min dollardan bir qədər çox) satılıb.

Report-un məlumatına görə, bu barədə "Sotheby's" Hərrac Evinin saytında bildirilir.

Eynək Con Lennona 1966-cı ildə Riçatd Lesterin "Mən müharibədə necə qalib gəldim" filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla möhkəm assosiasiya edilməyə başlayıb.

Eynəyi hərraca "Beatles" qrupunun təbilçisi Rinqo Starın keçmiş sürücüsü Alan Herrinq çıxarıb. Herrinq bildirib ki, eynək 1968-ci ilin yayından ondadır. Lennon eynəyi maşının arxa oturacağına qoyub. Eynəyin şüşəsinin biri çərçivədən ayrılıb. Sürücü Lennondan eynəyi təmir edib-etdirməmək istədiyini soruşub. Musiqiçi ona bildirib ki, narahat olmasın, çünki eynək yalnız "obraz üçün" lazım olub.

Hərrac evinin saytında eynəyin kim tərəfindən alınması barədə məlumat verilməyib.

Tarix
2019.12.14 / 09:40
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla