Yuxarı

Mən çox gözəl bir insanı itirdim... - Nazir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən çox gözəl bir insanı itirdim... - Nazir

Böyük bir insanı itirmişik. Mən şəxsən çox gözəl bir insanı itirdim. Bizim çox yaxşı münasibətimiz olub. Düzdür, səhhəti ilə bağlı əziyyət çəkirdi...

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Rafael Dadaşovun dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev Teleqraf.com-a açıqlamasında deyib

Nazir bildirib ki, Rafael Dadaşov Azərbaycan teatr tarixində böyük səhifə yazıb:

"O, teatr mühitində böyüyüb. Regionlarımızda da fəaliyyət göstərib. Amma əsas fəaliyyəti Akademik Milli Dram Teatrı ilə bağlıdır. Çoxşaxəli insan idi. Televiziya və radioda da çalışıb. Hər zaman Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onun sağlamlığına xüsusi diqqət ediblər. Amma bu Allahın hökmüdür. Allah rəhmət etsin!"

Ə.Qarayev koronavirusa görə mövcud vəziyyətin hansısa mərasim təşkil etməyə imkan vermədiyini deyib:

"Hesab edirəm ki, indiki vəziyyətdə hansısa mərasim təşkil etmək yerinə düşməzdi. Amma teatr açıldıqdan sonra mütləq onun xatirəsinə ədəbi-bədii gecə həsr olunacaq".

Qeyd edək ki, Rafael Dadaşov bu gün ll Fəxri Xiyabanda dəfn edilib.

Tarix
2020.03.17 / 16:24
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla