Yuxarı

Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı

Mayın 27-si saat 10:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşçu kəndi ərazisində su kanalının yaxınlığında 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı illərdə ermənilər tərəfindən atıldığı ehtimal olunan 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Göygöl rayonunun Quşçu kəndi cənub və cənub-qərb hissədən təxminən 18-20 km məsafədə Kəlbəcər rayonu ilə sərhəddə yerləşir və həmin rayon 1993-cü il 23 mart- 3 aprel tarixləri ərzində gedən ağır döyüşlərdən sonra düşmən tərəfindən işğal olunub. Həmin döyüşlər zamanı Göygöl rayonunun Quşçu kəndi də atəşə məruz qalıb.

Qeyd olunanlara əlavə olaraq bildiririk ki, 2016-cı ilin aprel ayında düşmən tərəfindən Tərtər rayonunun Əskipara kəndinə atılmış ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) Agentliyin mütəxəssisləri tərəfindən aşkar olunaraq zərərsizləşdirilib.

Tarix
2020.05.27 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla