Yuxarı

Bayram Nurlu bacısı oğlunun ölümündə həkimləri suçladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram Nurlu bacısı oğlunun ölümündə həkimləri suçladı

Bacım 4-cü sinifdə oxuyan, eltisi isə 6-cı sinifdə oxuyan körpəsindən ayrıldı. 2 uşaq getdi, qismətə bağlamayın. Bu uşaqlar zəhərlənən gün səhərə yaxın Qax xəstəxanasına aparılıb. Günay adlı həkim bağırsaqları təmizləyib və mədəsini yuyub. Xəstəxanada saxlamayıb, deyib, aparın evə. Ailələri də inanıb evə gətirib, uşaqlar haldan-hala düşüblər, ac qalıblar.

Kult.az xəbər verir ki, bu sözləri İnstaqram fenomeni Bayram Nurlu bir neçə gün əvvəl Qaxda göbələk zəhərlənməsindən vəfat etmiş bacısı oğlu 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı haqqında deyib.

O bildirib ki, hər iki uşaq həkim məsuliyyətsizliyindən vəfat edib:

“Ancaq dərmanla su içiblər. Həkimə zəng edib vəziyyəti danışsalar da, "əlimdən gələni etmişəm, normaldır, qorxmayın" deyib. Mən gəlib çatanda gördüm ki, uşaqlar özündə deyil. Sonra tibb bacısı çağırdım, dedi ki, uşaqları tez xəstəxanaya çatdırın. Uşaqların qohumlarım olduğunu biləndə qorxudan tez dedilər ki, Bakıya aparın. Təcili yardımla Bakıya çatdırıblar, amma gec idi, artıq zəhər bütün bədənə, qana yayılmışdı. Uşaqları Qax xəstəxanasına aparanda demək lazım idi ki, Bakıya aparın. 2 gün sonra yox. Sən bilirdin ki, bu uşaqlar pisdir, qan verməlidir. O isə 4-5 saat sonra uşaqları evə göndərib. Bu, sənin həkimlik savadın? Yaxşı həkimlərin adını batırıb ailələri yıxırsan.

Vaxtında deməli idin ki, Bakıya çatdırın. Belə ağır xəstəni sən necə evə buraxmırsan? İnanıram ki, Səhiyyə Nazirliyi bu həkimlə bağlı ölçü götürəcək. İndi qorxudan zəngi açmır. Kimə güvənirsən? Başım özündə deyil, amma belə qoymayacam. Bütün Qax deyir ki, o həkim uşaqları anında Bakıya göndərməli idi. Bu həkim vicdan əzabı çəkmir, ana və ataları gözüyaşlı qoydu”.

Tarix
2021.10.21 / 13:32
Müəllif
Kult.az
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla