Yuxarı

Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə

Türkiyə ilə Misir arasında inkişaf edən münasibətlər Yunanıstan, İsrail və Cənubi Kiprdə böyük narahatlıq doğurub.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediasında məqalə dərc olunub.

İddia edilir ki, Qahirə Ankaradan KAAN qırıcı təyyarələri və PUA-lar alaraq ölkədə fabrik qurmağı planlaşdırır.

Birgə hava qüvvələri və komando təlimləri Qahirə ilə Ankara arasında sürətlə dərinləşən hərbi əməkdaşlığın göstəricisidir. Yunanıstan və İsrail üçün isə Türkiyənin regional ambisiyaları, Misirin izlədiyi yol və Aralıq dənizinin şərq hissəsində gələcək güc balansı ilə bağlı narahatlıqlar yaradır.

Bildirilib ki, Misirin hərbi cəhətdən Türkiyəyə üstünlük verməsi Şərqi Aralıq dənizində tarazlığı dəyişdirə biləcək. Bu proses eyni zamanda Yunanıstan və İsrail üçün uzunmüddətli təhlükəli nəticələrə səbəb ola biləcək strateji ittifaq kimi şərh edilməlidir.

Tarix
2026.07.25 / 10:23
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla