Yuxarı

Bakıda müştəri hesaba görə xanımı döydü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Beer Coin Pub" adlı restoranda dava düşüb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) saxlanılıb.

Dava zamanı Rəşad "Beer Coin Pub"ın icarədarı Mehriban adlı qadını döyüb. Belə ki, o, Vüsalə adlı tanışı ilə sözügedən restorana gedərək bir neçə bakal pivə və bir energetik içki içib. Mehriban kassada onlardan 76 manat hesab istəyib.

Əvvəlcə Vüsalə bir neçə bakal pivə və bir energetik içkiyə görə 76 manatın çox olduğunu bildirib. Bu zaman Rəşad yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq, burnunu sındırıb.

Rəşad məhkəmədə qadını vurmasını səbəbini belə izah edib: "Hesabı çox istəyirdi..."

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.

Tarix
2024.05.23 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla