Yuxarı

Hərbçilərin həlak olduğu qəza ilə bağlı ilginc fakt - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərin həlak olduğu qəza ilə bağlı ilginc fakt - Video

Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.

“Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, qarşı yolla gələn maşın ("Mersedes") yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb”, – hadisə şahidi İqbal İsmayılzadə deyib.

Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.

Qeyd edək ki, "Mersedes" və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində "Mersedes" markalı avtomobilin sürücüsü E.Həsənov, o cümlədən Ordumuzun 5 hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev hadisə yerində həlak olub.

"Mersedes" sürücüsünün 13 yaşlı oğlu Zaur Həsənov isə bu gün xəstəxanada dünyasını dəyişib.

Ətraflı Baku TV-nin süjetində:

Tarix
2024.11.28 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla