Yuxarı

Mağaza sahibi ondan şikayət edən müştərisini öldürdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mağaza sahibi ondan şikayət edən müştərisini öldürdü

Lənkəranda mağaza sahibinin həmkəndlisini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Axar.az-ın Publika.az-a istinadən məlumatına görə, rayonun Separadi kəndində 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovu ondan və işlətdiyi “Ay işığı” adlı marketdən dövlət qurumlarına mütəmadi olaraq şikayət etməsi səbəbindən öldürüb.

Zülfüqar və oğlu 2023-cü ilin noyabr və dekabr aylarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizələri yazıblar. Onlar, həmçinin Bəhruzun işlətdiyi mağazada qanunsuzluqlar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Vergi Xidmətinə də şikayət ediblər. Onlar müxtəlif dövlət təşkilatlarına şikayət ərizəsi yazaraq Bəhruzun xarab məhsul satdığını bildiriblər. Lakin mağazada yoxlamalar nəticəsində şikayətlər təsdiqini tapmayıb.

Bundan sonra Bəhruz Zülfüqardan şikayətləri dayandırmasını tələb edib. Zülfüqar isə Bəhruzdan aylıq ödəniş tələb edib. Üstəlik ona torpaq sahəsi verməsini də bildirib.

Lakin market sahibi Zülfüqarın tələbi ilə razılaşmayıb.

Hadisə baş verən gün də Bəhruza Zülfüqarın onun sahibi olduğu ticarət obyektindən şikayət etməsi barədə məlumat verilib.

Bundan sonra o, marketin qarşısına gedərək Zülfüqarla görüşüb və onu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra 40 yaşlı Bəhruz Məmmədov könüllü olaraq polisə təslim olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli hökmü ilə iş adamı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Tarix
2024.12.19 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla