Yuxarı

Azərbaycan futbolunda mühüm dəyişiklik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan futbolunda mühüm dəyişiklik

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda Premyer Liqadakı legioner limiti məsələsi də müzakirə olunub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Xəzər Lənkəran"ın baş məşqisi Mustafa Dənizli də tədbirdə iştirak edib və öz təkliflərini irəli sürüblər.

Müzakirələrdən sonra legioner limitinin dəyişdirilməsi qərara alınıb. Növbəti - 2014/15 mövsümdən etibarən komandalar 6+5 (6 legioner, 4 yerli və yaşı 21-i keçməmiş 1 yerli futbolçu) sistemi ilə meydana çıxacaqlar.

Xatırladaq ki, hazırda klublar qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemindən narazı idi və bu məsələyə yenidən baxılmasını istəyirdi.

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 2014/15 mövsümü üçün Premyer Liqada komandaların say tərkibinin dəyişdirilməsi ilə bağlı qərar verilib.

Növbəti mövsümdən çempionatda 12 komandanın (hazırda 10 komanda) iştirakı qərara alınıb.

Bununla da növbəti mövsümdən birinci divizionda ən yaxşı nəticə göstərən iki komanda yüksək liqaya vəsiqə qazanacaq, Premyer Liqanlı tərk edən isə olmayacaq ("Trend").

Tarix
2014.03.07 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla