Yuxarı

Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişib?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişib?

10:15

"Qarabağ"ı daha bir futbolçu tərk edib.

Axar.az Prosport.az-a istinadla xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış "Çorum"a transfer olunub.

Onunla "2+1" illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun "Qarabağ" və "Zirə" arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. "Çorum" 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə "Qarabağ"a transfer məbləği də ödəyib.

Yeri gəlmişkən, "Çorum"da "Qarabağ"ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.

Qeyd edək ki, Monteneqro millisinin üzvü olan, Serbiya vətəndaşlığı da olan Marko Yankoviç ötən mövsüm "Qarabağ"da 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin "Hapoel" (Təl-Əviv) klubundan "Qarabağ"a qoşulmuşdu. "Qarabağ" artıq bu mövqeyə portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu transfer edib.

Onu da bildirək ki, Leandro Andradenin də Ukraynanın "Polissye" klubuna transfer olunacağı gözlənilir. Həmçinin, Kamilo Duranı Şotlandiyanın "Seltik" klubunun istədiyi bildirilir.

***

Türkiyə mediasında Superliqa təmsilçisi "Çorum"un "Qarabağ"ın futbolçusu Marko Yankoviçlə maraqlandığı və bununla bağlı danışıqlar apardığına dair xəbərlər yayılıb.

Qol.az xəbər verir ki, Ağdam klubu ilə müqaviləsi olan Yankoviç yeni mövsümdə də "Qarabağ"da qalacaq.

Tarix
2026.06.22 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla