Yuxarı

"Qarabağ"ın 16 yaşlı oyunçusu "Strasburq"a keçir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın 16 yaşlı oyunçusu "Strasburq"a keçir?

Fransanın "Strasburq" klubunda baxışda olan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun karyerası ilə bağlı növbəti addımların necə olacağını zaman göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov açıqlama verib.

O, hazırda "Qarabağ"ın əsas komandasının düşərgəsində olan 16 yaşlı vinger haqqında danışıb:

"Əli Bəşirov Fransanın "Strasburq" klubunda təcrübə proqramından keçdi. Onlar da oyunçu ilə tanış oldular. Əli Bəşirovun 18 yaşı olmasına 2 ildən çox vaxt var. Hazırda keçidi müzakirə olunmur, bu, daha çox qarşılıqlı tanışlıq prosesidir. Növbəti addımların necə olacağını vaxt göstərəcək".

Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik təcrübə keçib. 16 yaşlı futbolçu bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.

Tarix
2026.06.25 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla